Poetik
incilər sərrafı, söz xridarı,
duyğular
müəllifi, böyük şair
Ramiz Qusarçaylıya xitabən
Uca zirvələrin uca yerində
Ruhum qərar tutub son
qismət kimi.
Bilirəm, vaxt gələr,
günün birində
Açılar bəxtimin ulduz tilsimi.
Məni də anlayan tapılar yəqin,
Dünyanın ən qoca gənci
deyərlər.
Naqis ürəklərdə yurd salmasa
kin,
Şeirimə poetik inci deyərlər.
Buluda bənzərəm, amma
yağmaram,
Hissimi göstərmək xoşuma
gəlməz.
Hayanda ilham var, şeir
var, varam!
Şairlər meydana boşuna gəlməz.
Sularda qərq olan söz gəmisiyəm,
Küləklər sahilə çıxara bilər.
Zehnin unudulmuş köhnə
ismiyəm,
Zamandan əvvəl də yadıma
gələr.
Yadıma gələr ki, axşam
düşəndə,
Günəşdən küsərdim batdığı
üçün.
Istərdim yetirsin vəslə məni
də,
Nəfəs candan ayrı düşməsin
bir gün.
Düşsə də, qəlbinin
uzaqlarında,
Hər kəs ilk sətirdən
başlasın məni.
Bir bənd şeir olum dodaqlarında,
Bahar fəsil-fəsil yaşasın
məni.
12 may, 2021