XƏBƏR LENTİ
04 İyul 2022
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022



Aida Adıgözəl :- Rənglərın üsyanı
Ədəbiyyat 08:18 / 11.05.2022


Mən sürgün gəlinəm, bəxt məndə hardan,
çatam arzu - kama, yarıyam elə?!
Yazan qara yazıb, kitabım bağlı,
oxuyan olmasın, qarıyam belə...
Kiminə qırmızı, kiminə yaşıl,
hər yan göy qurşağı, evinə daşı!
Dünyanın dörd yanı rəngarəng kaşı,
mənsə naxoş kimi sarıyam hələ...
Kimi balın tutub barmaq yaladı,
yaş odunu qoyub ocaq qaladı.
Qupquru yerimə kim su caladı?!
Pətəyi dağılmış arıyam selə ...
Hər bahar gələndə çiçəkli bağam,
payız gözləyirəm bəhər tək yağam.
Külək vaxtsız tutar, olaram vağam,
düşən arzuların barıyam çölə...


3711 oxunub

InvestAZ