XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Aysel Xanlarqizi Safarli :- Qızım Aytelə...
Ədəbiyyat 11:54 / 08.05.2022

Sən
baharı
qısqandıran bir çiçək,
Mən
xəzanla yaşıdam...
Mənim kədərim sənin
gözlərindəki parıltıdan
yavaşıyır,
Dünyam
ovuclarıma qonduğu
bir cüt göyərçin əllərinin
isti təmasından başlayır...
Dodaqlarındakı
təbəssümlə
bölürəm
gəncliyimi,
sənə xərclədiyim
dincliyimi...
Qızım,
sən uşaqkən
həkim olacağam dediyin gün həyatın ağrılarından
sağalmışam,
"ana" dediyin ilk kəlməndə
doğulmuşam...
Sən
qardaşına öyrətdiyin
ilk əlifba səsisən,
dağınıq həyatımın
tək səliqəsisən...
Bəzən
sevgim qədər böyük olur iradım,
sənə
borclu olduğum gələcəyin xətrinə,
məndən küsmə,
qızlar anasız qalanda böyüyürmüş,
qızım,
böyüməyə tələsmə...
Yuxusuz gecələrim,
bətnimdəki
həyəcanlar qədər
narahatlıqlarım var,
inadınla savaşanda
kövrək ürəyimdəki arzuları
daşlama,
edəcəyin bütün səhvlərlə birgə
nəyim varsa sənə bağışlayıram,
sən məni bağışlama...


2961 oxunub

InvestAZ