XƏBƏR LENTİ
20 May 2022
19 May 2022



MUSA YAQUB ANILDI
Ədəbiyyat 08:51 / 08.05.2022
Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Musa Yaqubun vəfatının bir illiyi münasibətilə mayın 7-də onun doğulduğu İsmayıllı rayonunun Buynuz kəndində anım mərasimi keçirildi.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Yazıçılar Birliyinin sədri Anar, birliyin katibi Rəşad Məcid, birliyin üzvləri, şairin qələm dostları, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar və şairin ailə üzvləri iştirak edirdilər.
Mərasimi giriş sözü ilə YB-nin katibi Rəşad Məcid açaraq Musa Yaqub yaradıcılığını, şairin Azərbaycan ədəbiyyatına verdiyi qiymətli töhfələri, onunla bağlı maraqlı xatirələri dilə gətirdi. Xalq yazıçısı Anar, şair Zakir Fəxri, Musa müəllimin yaxın dostu Elxan Süleymanov, Nəzirməmməd Zöhrablı, digər çıxış edənlər şairin həyat yoluna, yaradıcılığına, Azərbaycan ədəbiyyatının inkişafındakı misilsiz xidmətlərini xatırlatdılar. Azərbaycan ədəbiyyatının inkişafında özünəməxsus xidmətləri olmuş Musa Yaqubun yaradıcılığından söz açan natiqlər bu görkəmli şəxsiyyətin sayılıb seçilən ziyalılarımızdan olduğu, onun hər zaman xalq tərəfindən sevildiyi diqqətə çatdırıldı.
Şairin qızı Yaqut xanım atası ilə bağlı şirin xatirələrini dilə gətirib məclis iştirakçılarını kövrəltdi, Musa Yaqublu günlərinə qaytardı.
Daha sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanmış Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin açılışı oldu, önünə YB-nin, Mədəniyyət Nazirliyinin, İsmayıllı RİH-nin adından əklillər qoyuldu.
Tədbirdə şairin qələm dostları Musa Yaqub yaradıcılığından şerlər səsləndirdilər.
Şairin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

2170 oxunub

InvestAZ