Gözümün
alatoranlığına alışmış kimiydi ruhum,
oturub
öz səssizliyini dinləyirdi təklik...
Qələm boyu
sızıldayırdı misralar,
can verən sətirlərə
mürəkkəb bulaşdırırdı...
Iftar süfrəsində idi
mələkləri Allahın,
göz yaşlarım bir qurtum su əvəzi...
Azan boyu
hecalanan
dualar,
utanan
günahları savaba qarışdırırdı...
Səcdə boyu
qanadlanırdi
pıçıltı səsi...
Mən
vüsalına uzun zamandır
oruc ikən
xəyalınla batil edirdim həsrəti,
Hər yer
sənsizlik qoxuyurdu,
qüsl vermis
yumulu kirpiklərimin
arasında kimsə
Quran oxuyurdu..