XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



Kəramət: - ARAQ İÇMƏYİ TƏRGİTMƏ
Ədəbiyyat 09:52 / 07.05.2022
ARAQ İÇMƏYİ TƏRGİTMƏ
Murad Köhnəqalaya xitabən
Bir dəfə içər
Bir dəfə sevər hər kəs
sonra onun sərxoşluğunu yaşar
ağrılar-acılar, ayrılıq da elə
qalanlar üzərimizdə oynanan həyat məşqidi.
sonra havada rəqs eləyən badəni,
yanan, tüstülənən siqareti
saralan, əsən barmaqların tuta bilməz.
yaralar tapdandıqcı bərkiyər
sonra istəsən belə ağrımazsan.
mən it kimi sadiqəm Sözə
küçə fahişəsinə də, müqəddəs Torpağa da.
Adamlar biri-birini öldürür
aparıb bir çuxura atıb gedir.
Hamı biri-birini atır, satır, unudur
Məşq meydançasıdı sinəm
sərçə-sərçə yumruqlar məşq edir
görsün ki..necə saplaya bilər xəncəri
sinəmsə gülür.
Amma məşqçi də yanılır bəzən...

10457 oxunub

InvestAZ