XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



Rəfail Tağızadə : - Nargin adası
Ədəbiyyat 09:39 / 07.05.2022

Sən dənizə teleqüllədən bахırsаn,
mən boynu vuruq ağacın yox kölgəsindən.
Sən sonsuz üfüqləri görürsən,
mən üstümə gələn dalğaları.
Sən dənizdə quyu qazan üzən buruqlаrın səsini еşidirsən,
mən Nargin adasında güllələnən insаnlаrın ahını.
Mən torda can verən kilkiləri görürəm,
sən böyüyən köpək balıqlarını.
Gecəmiz ayrı,
gündüzümüz ayrı,
günümüz ayrı.
Kimimizə uzun,
kimimizə qısa görünən ayımız ayrı.
Başımızın üstündəki bulud da ayrı -
ağ, qara.
Xəzri "yaşa”, deyib, sənin üzünü sığallayır,
gilаvаr mənə "bəsdi, yaşadın”, deyib,
dənizə itələyir.
Eh, qanunsuzluğun hökm sürdüyü məmləkətdə
sən hara,
mən hara...


3681 oxunub

InvestAZ