XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



Ayaz Arabaçı : - ADSIZ ŞEİR
Ədəbiyyat 20:57 / 06.05.2022
Tanrı da köks ötürür baxıb gözəlliyinə,
Bütün rənglər birləşib səndə ayaq saxlayır.
Səni xatırlayanda dərman gərəkmir mənə,
Ən dərin yaralarım bir anda qaysaqlayır.
Heç kimə qıymamışam bu yuxulu nəğməni,
Bir bahar havasına umudlanan puçuram.
Bu xaraba ömürdə sənsiz buraxma məni,
Sənin xəyallarının qarasınca uçuram..
Bir qızıl ilan kimi sürünürəm hədəfə,
Belinə dolanıram,nəfəsinə uyuram.
Səsini eşidəndə telefonda hər dəfə,
Qəlbimdə min ocağın istisini duyuram.
Bir saatlıq ömürdə illər boyu uzanıb,
Bir-birinin təkrarı mənasız qəzalarım..
Sənin çəmənliyində məncə çoxdan qazanıb,
İstirahət haqqını yorulmuş əzalarım..
Gəl uzadaq ömrünü qızılı şəfəqlərin,
Günəş qaşqabağını Yer üzünə tökməsin.
Nəfəs alıb sevinsin əllərim dərin-dərin,
Qəfil qərib bir ağrı ürəyimə çökməsin.
Küləklərdən sıyrılıb,yağışlarda yuyun gəl,
Sənin tərənnümündür qızıl donlu sətirlər.
Səndən ötrü yaranıb dünyadakı ən gözəl,
Çaylar,çöllər,çiçəklər,rənglər,süslər,ətirlər..

4174 oxunub

InvestAZ