XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



Əlizadə Nuri : - Göyə çöp daşıyan bir quşam, ana
Ədəbiyyat 21:54 / 05.05.2022

Bu qəmlə bələkdə tanış olmuşuq-
Mən elə bu qəmlə tay- tuşam, ana.
Yerdə yer tapmadım yuva qurmağa,
Göyə çöp daşıyan bir quşam, ana.
Həyat bir aynaydı, qırıldı bu gün…
Sonuncu ümid də vuruldu bu gün…
Dərd mənə çatınca yoruldu bu gün-
Mən tanrı dağına yoxuşam, ana.
Sənin haqq dediyin haqq- hesab imiş,
Ölüm- iynə imiş, ömür- sap imiş…
Verdiyin süd imiş, ya şərab imiş-
Dünyaya gələndən sərxoşam, ana?!..

2568 oxunub

InvestAZ