XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Gülnar Ümid :- İNAD ETMƏ...
Ədəbiyyat 09:25 / 05.05.2022
Buludları oğurladım göy üzündən,
Gəlib oturdu gözümdə.
Yağış küsdü buludundan,göy üzündən,
Özüm yaş oldum gözümdə.
Bu kainat,bu təbiət çətin tuta əllərimi,
Əllərini uzat mənə.
Yaddaşımı oğurlayıb aparır sən illərimi,
İllərimi yaz at mənə.
Yol asılıb boğazından ,izi keçmir,
Yol izdən imdad diləyir.
Sevgi sevgiyə susayıb,özü içmir,
Səndən mənə dad eləyir.
İnad etmə,gəl at bu tərsliyin daşın,
Gəlib dəysin yollarıma.
Yox deməsin, yol çəksin göz üstdə qaşın,
Tez çatasan qollarıma.


3760 oxunub

InvestAZ