XƏBƏR LENTİ
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Novosibirskdən Bakıya birbaşa uçuşlar başlayır
Maraqli 10:47 / 04.05.2022

Rusiyanın "IrAero” aviaşirkəti mayın 20-dən Novosibirsk-Bakı-Novosibirsk marşrutu üzrə beynəlxalq uçuşlar yerinə yetirməyə başlayacaq.

Yenises.az  xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Uçuşlar cümə günləri Superjet-100 təyyarələri ilə həyata keçiriləcək. Təyyarə Novosibirskdən saat 13:00-da yola düşəcək, Bakıya 4 saat 20 dəqiqədən sonra çatacaq. Heydər Əliyev Hava Limanından uçuş isə həmin gün saat 15:20-də, Tolmaçevo Hava Limanına eniş saat 22:20-də olacaq. Səyahət vaxtı ümumilikdə 4 saat çəkəcək.

Bir tərəfə biletin qiyməti 27 685 rubldan (408 ABŞ dollardan) başlayır.

Qeyd edək ki, hazırda "İrAero” Azərbaycan, Ermənistan, İsrail və Özbəkistana beynəlxalq uçuşlar həyata keçirməyə davam edir.

Biletlər artıq satışdadır.(axar.az)


2927 oxunub

InvestAZ