XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Koronavirusla bağlı son vəziyyət açıqlandı
Sağlamlıq 19:09 / 02.05.2022

Azərbaycanda koronavirus infeksiyasına 1 yeni yoluxma halı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

 Yenises.az bildirir  ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

İndiyədək ümumilikdə 792 579 nəfərin koronavirus infeksiyasına yoluxması faktı qeydə alınıb. Onlardan 782 786 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər dünyasını dəyişib, hazırda aktiv xəstə sayı 84 nəfərdir.

Son gün ərzində 1 663, hazırkı dövrədək isə 6 819 005 test aparılıb.


3581 oxunub

InvestAZ