XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



"Yeni ürəyim köhnə ürəyim kimi onu çox sevir..."
Maraqli 21:34 / 01.05.2022
işi 17 dəqiqə ərzində kliniki ölüm keçirsə də, sevgilisinə evlilik təklifi etməyə macal tapıb...
 
Britaniyanın Prestatin şəhərinin sakini ölümlə nəticələnə biləcək ürək köçürülməsi əməliyyatından öncə öz sevgilisinə evlilik təklifi edib.
 
Yenises.az  xəbər verir ki, bu barədə "Daily Record" nəşri yazıb.
 
Bruklin Pikmen adlı şəxsdə ürəyin anadangəlmə qüsuru olub: iki əsas qan damarı qanı düzgün olmayan istiqamətə yönəldib. Dünyaya gələndən ertəsi günü onun iki cərrahi əməliyyata ehtiyacı olub, 20 yaşında isə insult keçirib. Bu, ürək qapaqlarında keçirilən daha bir əməiyyat zamanı baş verib. Cərrahi müdaxilə uğursuz olub və kliniki ölüm baş verib. Kişi 17 dəqiqə ərzində ölüb, reanimasiya ediləndə isə komaya düşüb.
 
Həkimlər Pikmenin qohumlarını müsbət nəticəyə ümidlərin, demək olar ki, olmadığı barədə xəbərdarlıq edib. Buna baxmayaraq, o, komadan çıxa bilib. Bundan sonra mütəxəssislər xəstəyə təcili ürək köçürülməsi əməliyyatını tövsiyə edib.
 
Ürək transplantasiyası əməliyyatından öncə kişi öz sevgilisi Elli Spenserə evlilik təklif etmək qərarına gəlib.
 
"Mənə yeni ürək lazım olduğunu biləndə, mən Elliyə dedim ki, mənim yeni ürəyim onu sevməyə bilər, ona görə biz nişanlanmalıyıq", - Pikmen xatırlayıb. Qız razılaşıb. "Mənə elə gəlir ki, bu, onu sakitləşdirib", - Spenser deyib. - O, ölümlə yaxından görüş öncəsi çox həyəcanlı olub. Mən istəyirdim ki, ürək köçürülməsi əməliyyatına gedərkən onu necə çox sevdiyimi bilsin".
 
Əməliyyat iki dəfə təxirə salınıb. Birinci dəfə Pikmenin döş qəfəsində kəsik aparılanda, əməliyyatdan 4 saat əvvəl baş verib. İkinci dəfə isə əməliyyat otağında təxirə salınıb, çünki donor orqanı uyğun gəlməyib. Nəhayət, kişi uğurla əməliyyat edilib.
 
Bütün natahatlıqlara rəğmən, yeni ürək onun sevgilisi ilə münasibətlərinə xələl gətirməyib. "Aydın olub ki, yeni ürəyim də köhnə ürəyim kimi onu çox sevir", - o, belə deyib.(Moderator.az)

5029 oxunub

InvestAZ