XƏBƏR LENTİ
10 Avqust 2022
09 Avqust 2022



Ələt qəsəbəsində zavodda partlayış - xəsarət alan var
MƏMLƏKƏT 09:09 / 01.05.2022

Bakıda xəsarətlə nəticələnən partlayış hadisəsi baş verib.

Yenises.az  report-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Ələt qəsəbəsindəki zavodlardan birində qaz sızması nəticəsində baş verən partlayış zamanı fəhlə, 2001-ci il təvəllüdlü Həsənov Qulu Tural oğlu müxtəlif xəsarətlər alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş və qarının küt travması, sol qolun sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


8677 oxunub

InvestAZ