XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



Əbülfət MƏDƏTOĞLU : - ALTINDADI
Ədəbiyyat 08:03 / 27.04.2022

Deyəsən həsrətin ayağı sərpib,
Ya da ki, ətəyi daş altındadı...
Nə olsun qəlbimi baxışla çərtib -
Mənim ki, qollarım baş altındadı!..
Ağır tutmludu, yüngül çəkili
Bu dəli həsrətin mənəm vəkili!..
Mənim gözlərimdə onun şəkili -
Kirpik çərçivədə ,qaş altındadı...
Allaha, bir də ki, onadı sözüm
Onların lütfüdü canımda közüm!
Ömürdə olmayıb onlarsız gözüm -
İllər üst qatdadı, yaş altındadı...
Əbülfət meh idi...ha budu, getdi...
Bir damla şeh idi...ya yudu getdi...
Uzaqdan əl edib...ta " du...du" getdi -
Tuğa yetişəcək...Daşaltındadı!

3473 oxunub

InvestAZ