XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



KƏRAMƏT : - GÜL, gül...
Ədəbiyyat 11:36 / 26.04.2022

Sözüm harda qaldı...yadıma sal bir
Bələkmi,kəfənmi geyənə kimi
Yüz tale yaşayıb dönüb gəlmişəm
"Mən səni sevirəm" deyənə kimi.
Atılıb getməkdən kimsə ölmədi
Gedəcək yerim yox getmək yerinə
İlahi söz gəzdim, tapa bilmədim
"Mən səni sevirəm" demək yerinə.
Dünya kompyuterin camı boydadı
İnternet yaddaşa köçür yuxunu.
Ağlamaq-sızlamaq bizdə qaydadı
Gülüşə döndərrəm sənin ah-ını.
Bu həllsiz misalda özünü yorma
Atılmaq,həsrət də səadətdi, bil.
Bir yerdə güləkmi başdaşınıza
Bir qəbrə qoyulub öləkmi,gül...gül...

5870 oxunub

InvestAZ