XƏBƏR LENTİ
10 Avqust 2022
09 Avqust 2022



Paytaxtdakı toz dumanı ilə bağlı AÇIQLAMA
MƏMLƏKƏT 21:13 / 25.04.2022
Peyk görüntülərinə və toz proqnoz modellərinə əsasən, bu gün günorta saatlarından başlayaraq ölkə ərazisinə şərq və cənub-şərq küləkləri vasitəsilə Orta Asiyadan  toz kütlələri daxil olub.
 
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
 
"Avtomatik stansiyalardan əldə etdiyimiz məlumatlara əsasən, hazırda  havada dispers toz hissəciklərinin miqdarı Nizami, Xətai və Səbail rayonlarında normadan iki dəfəyədək yüksəkdir”. 
 
Xidmət rəisinin sözlərinə görə, meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində havada tozun miqdarının normadan çox olacağı gözlənilir.

7837 oxunub

InvestAZ