XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



Əlizadə Nuri: - Çəkdiyim ahları nəqarət eylə..
Ədəbiyyat 21:11 / 24.04.2022

Gözlərin üstümə qoşun çəkibdir-
Kirpiklərin məni nə qarət eylər.
Bir nəğmə bəstələ mənim qəmimdən,
Çəkdiyim ahları nəqarət eylə...
Bilə bilmədiyim bilməcəyəm mən,
Ayı oğurlanmış bir gecəyəm mən.
Sənə qovuşanda öləcəyəm mən-
Qoyma yaxın gələm, ədalət eylə.
Ölmüş arzulara daş yuvasıyam,
Bu dolu dünyanın boş yuvasıyam,
Gülləyə tutulan quş yuvasıyam,
Apar göy üzünə əmanət eylə...
Dağdan o üzdəsən- çəkir dağ məni...
Yenə də aldatsın o uşaq məni.
Yenə də öldürmə, saxla sağ məni-
Yenə də sən mənnən ədavət eylə.
Sən sevən ağacın yarpağı olum,
Gül əksən, o gülün torpağı olum.
Hər gün bir əlinin qonağı olum,
Qonaqlıq verməyə sən adət eylə.
Dərviş deyiləmsə, nə gəzirəm mən?
Bir eşqin yolunda müntəzirəm mən...
Qırx ildi canımda dərd kəsirəm mən-
Gəlib bu "kərpic" dən imarət elə...
Min etmək istəyib, bir eyləmişəm,
Bir gül ürəyində yer eyləmişəm...
Haçandı bu qəmi pir eyləmişəm-
Hərdən sən də gəlib ziyarət eylə...!

4197 oxunub

InvestAZ