XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



ŞƏKİLüstü Söz- Kamran Nəzirli
Ədəbiyyat 09:03 / 23.04.2022

VAQİF YUSİFLİ haqqında bir neçə söz
Vaqif Yusifli! Azərbaycan Ədəbiyyatşünaslıq elminin "qara fəhləsi”!
Mən onu tələbəlik illərindən – 18 yaşımdan tanımışam. Tanımışam və sevmişəm!
Biz: Vaqif Yusifli, lənkəranlı şair Nadir Əhmədli və mən hərdən Axundov adına kitabxanadan çıxıb bulvarda gəzərdik – o başa, bu başa. Bu çəlimsiz qara plaşlı və qara qovluqlu cavanı eşitmək, onun yaşından böyük, "ağır başlı" məsləhətlərinə qulaq asmaq, Ədəbiyyatımız, tənqidimiz, elmimiz haqqında sağlam, düşündürücü, məntiqli və orijinal fikirlərini dinləmək bizim üçün o zamanlar təbərrik kimiydi. Onun son dərəcə sadə və şirin söhbətlərini eşidəndən sonra, düzü, uzun müddət göylərdə uçur, ruhumuz, enerjimiz, məfkurəmiz təzələnirdi. Biz o təmiz qəlbli, saf niyyətli "qoca uşağı” özümüzə ustad sanır, onun işıqlı zəkasına həsəd aparırdıq.
Vaqif Yusifli kimi Adam Alimlər az-az gəlir həyata! Övlad üçün belə şərəfli və ləyaqətli ATA Həyatı yaxşı NÜMUNƏdir. O Azərbaycan elmi, ədəbiyyatı və tənqidi üçün də NÜMUNƏdir. O bizim elimiz-obamız üçün də NÜMUNƏdir. O bütün mükafat və təltiflərə, ən əsası isə Allahın lütfünə və mərhəmətinə layiqdir!
Can sağlığı arzusuyla,
Kamran Nəzirli
Bakı, 21 aprel 2022-ci il

5319 oxunub

InvestAZ