XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Vahid Ələkbərov "LUKOYL"un rəhbərliyindən istefasının səbəbini açıqladı
Maraqli 21:55 / 22.04.2022

Dünən  Rusiyanın "LUKOYL” Publik Səhmdar Cəmiyyətinin prezidenti və şirkətin Direktorlar Şurasının üzvü postunu tərk edən Vahid Ələkbərov istefasının səbəbini açlqlayıb.

Yenises.az Teleqraf.com -a  istinadla  xəbər verir ki, məlumatı TASS yayıb.

"Böyük Britaniya və Avstraliyanın mənə qarşı sanksiyaları şirkətin inkişafına mane olur. Sanksiyalar "LUKOYL"un özünə deyil, şəxsən mənə aiddir. Ona görə də şirkətin fəaliyyətindən uzaqlaşmaq qərarına gəldim. Bu gün şirkət mənimlə heç bir şəkildə bağlı deyil. Məndə səhmlərə nəzarət paketi yoxdur, ona görə də şirkət sakit şəkildə inkişaf edə bilər”, - Ələkbərov deyib.

O əlavə edib ki, Rusiyanı tərk etməyi planlaşdırmır və sosial layihələrlə məşğul olmağa davam edəcək.

Qeyd edək ki, Vahid Ələkbərov dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır. 2021-cı ildə ABŞ-ın "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının siyahısında 66-cı yeri tutub. Ələkbərovun sərvəti 24,9 milyard dollar həcmində qiymətləndirili


1695 oxunub

InvestAZ