XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



Əlirza HƏSRƏT: - ÖZÜ BOYDA BİR VƏTƏNDİR HƏR ŞƏHİD
Ədəbiyyat 20:29 / 22.04.2022

Ucalırsan baş əydikcə biz sənə,
Ocaq şəhid,zəvvar şəhid,pir şəhid.
Qollarımız sərhəd teli bu yurdun,
Özü boyda bir Vətəndir hər şəhid.
Bir ağacıq,düşən yarpaq şəklimiz,
Xarıbülbül eşqə ortaq şəklimiz.
Dalğalanır bayraq-bayraq şəklimiz,
Bağrımıza basdığımız Yer şəhid.
Bu vüqara,bu duruşa maşallah!
Bu döyüşə,bu vuruşa maşallah!
Könüllərdə taxtdır Şuşa,maşallah!
Bu torpağa ən vəfalı yar şəhid!

2705 oxunub

InvestAZ