XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022
25 İyun 2022



Ay səsi, ulduz səsi - Ramiz Qusarçaylı
Ədəbiyyat 12:06 / 22.04.2022

Bu payızlı gecənin
Darıxmağı sapsarı.
Kim sayıb göy üzündən
Sürüşən ulduzları.
Əl açır ulduzlara
Arı-arı çiçəklər.
Yaşıl-yaşıl yarpaqlar,
Sarı-sarı çiçəklər.
Göyə düşür kölgəsi
Mələk-mələk qızların.
Ay səsi, ulduz səsi
Payız-payız nazlanır.
Gəl yığaq ovcumuza
Üşüyən ulduzları.
İsinsin tənhalığın
Salxım-salxım buzları.
O ulduz kimin imiş,
O can kimin itiyi.
Kimin əlində imiş
Göyün ulduz tətiyi.
Hər düşən üç ulduzun
Biri qayıdır göyə.
Yerdə ölən nə varsa
Diri qayıdır göyə.
Bu ulduzlu gecənin
Darıxmağı sapsarı.
Kim sayıb göy üzündən
Sürüşən ulduzları...

5516 oxunub

InvestAZ