XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



YAĞMUR İÇİNDƏ BİR ÇİCƏK : - Adil Şirin
Ədəbiyyat 09:45 / 22.04.2022

Gülüm, ovuduram özüm özümü,
Di gəl ki, ovunmaq istəmir ürək.
Ayrılıq dumanı tutub gözümü,
Sən yağmur içində bəyaz bir çiçək.
Səni səsləyirəm bu yaz axşamı,
Səsimi alıb uçurur külək.
Yenə şəbu-hicran söndürür şamı,
Sən yağmur içində bəyaz bir çiçək.
Mənim nəğmələrim qəmli, uyğusuz,
Sənin xəyalın güzgüdə mələk.
Əsən küləklər sərxoş, duyğusuz,
Sən yağmur içində bəyaz bir çiçək.
Könlüm dağınıqdı, ürəyim çat-çat,
Bizi ayrı saldı divanə fələk.
Gəl, bağışla məni belədir həyat,
Sən yağmur içində bəyaz bir mələk.

2025 oxunub

InvestAZ