XƏBƏR LENTİ
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Bənövşəni- Afiq MUXTAROĞLU
Ədəbiyyat 09:16 / 21.04.2022
Bilirəm könlünü – bir savaş yeri,
Nəyi var yellərə hey şabaş verib,
Sən canın əzərsən gəl yavaş yeri,
Dayan bir tərəfdə, süz bənövşəni.
Baxma qayasına, baxma daşına,
İstəsən qarşında dağ-daş aşınar,
Lap durub gizlənə, tamam yaşına,
Tapacaq gözlərin öz bənövşəni.
Baxma qızdırmaya, baxma qulunca,
Qoy yollar qarşında dönsün qılınca,
Qoxusu bəs-bəlli, tut, get dalınca,
Öz ətri tanıdar qız bənövşəni.
Saçları düşübdü lap pərən-pərən,
Yoxdumu bağlayan, yoxdumu hörən?
Əllərin qırılsın, ay çiçək dərən,
Kim dedi gəl qopar, üz bənövşəni.

10033 oxunub

InvestAZ