Mən adam deyiləm, adam deyiləm,
Tapa bilmədiyin tapmacayam mən.
Baxma belə böyük danışmağıma,
Bir az bu dünyadan balacayam mən.
Külün altındakı köz ola bilsəm,
Göy üzüm olarsan göz ola bilsəm?
Kaş sənə qoşulub söz ola bilsəm…
Səndən ayrılıqda boş hecayam mən.
Xəstəyəm, yadıma bənövşə salın,
Gəlin ürəyimdə bir Şuşa salın…
O ay işığından bir şüşə salın-
Şüşəsi qırılmış bir bacayam mən.
3645 oxunub