Sükut beşiyində üşüyər qəbrim,
Üstünə nə oğul, nə qız gələcək.
Qərib küləklərin dodaqlarında
Qəmli misralarım yalqız gələcək.
Öz harayim qonar öz başdaşıma,
Bir yarpaq diksinər kimsəsizliyim.
Qərib sözlərimin pıçıltısından,
Qırılar güzgüsü daş səssizliyin.
Sozüm doluxsunar misralar boyu,
Astaca hicqirar yazmadıqlarım.
Məzarım üstünə qoyar üzünü,
Həyasız dünyada sızlayan arım.
Bir vaxt misralanan göz yaşlarımdan
Indi qəbrimin də divarı nəmdi.
Dünyanın yeganə şairiyəm mən,
Vətənim – kədərdi, millətim- qəmdi.
Torpağın altda da sümük əllərim,
Haqqın qapısına uzalı qalıb.
Bəxtimi unudub getmisən,Allah,
Qələmin alnımdan asılı qalıb...