Göy üzündən qar istəmə.
Sevda istə qönçəsində
Yaradandan yar istəmə.
Dünya nədir?- bir basabas,
Təzə səsdə köhnə avaz.
Dərdin varsa, sinənə bas
Daha durub var istəmə.
Ömür niyə belə kəmdi?
Ruh ağrısa- bu sitəmdi.
Eşq də xəstəyə məlhəmdi,
Hər payızdan nar istəmə.
O çarəsiz çar yıxılıb,
Sim qırılb, tar yıxılıb.
Bütün divarlar yıxılıb
Tutmağa divar istəmə.
Qaçhaqaçdı, qovhaqovdu…
Ömür beş günlük girovdu.
Sən ovçusan, həyat ovdu,
Başqa bir şikar istəmə…
2843 oxunub