XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



Kürün səviyyəsi endi: küp qəbirlər aşkarlandı - Foto
Maraqli 08:26 / 18.04.2022

Neftçala rayonunun Aşağı Surra, Balaca Surra, Pirəbbə, Cəngən kəndləri ərazisində Kür çayının səviyyəsinin enməsi nəticəsində çayın en kəsiyində küp qəbirlər aşkarlanıb.

Bu barədə Kult.az-a Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.

Bildirilib ki, yeni aşkarlanan abidələrdə tədqiqat işləri aparmaq üçün AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin toplusu sektorunun əməkdaşları rayona ezam olunublar.

Qeyd olunub ki, hazırda araşdırmalar davam etdirilir.


3433 oxunub

InvestAZ