XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



...nöqtələr - Əbülfət MƏDƏTOĞLU
Ədəbiyyat 08:18 / 18.04.2022

Ancaq nöqtələrdi mənim həyatım,
Gəlməyim nöqtədi, durmağım nöqtə...
Hətta kədərimin dilindən adım -
Düşəndə . dizimə vurmağım ... nöqtə!
Düzülüb muncuq tək , bir boy sırası
Günəşli günü var, həm sırsırası...
közərən ümidi, sönən çırası -
Yaşamı belə də qurmağım nöqtə...
Düşüb bircə vergül Haqq qələmiylə,
Mənə sevinciylə və ələmiylə...
Ona ürək verib lap sələmiylə -
Gözləyib , boynumu burmağım nöqtə...
Başımı qoyduğum əcəl kötüyü -
Sənsən nöqtələrin layiq gördüyü...
Şəklimin üstünün qara örtüyü -
Bu ömrün ipini qırmağım ...nöqtə...
Getməyim nöqtədi, durmağım nöqtə!..

2630 oxunub

InvestAZ