XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Türkiyədə qum fırtınası xəbərdarlığı edildi
Maraqli 09:30 / 17.04.2022
Hidrometeoroloqlar sabahdan etibarən Türkiyə ərazisində Afrika üzərindən gələn qum fırtınasının baş verəcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Yaranacaq təbiət hadisəsi səbəbindən görüş məsafəsinin azalması, havanın keyfiyyətinin aşağı düşməsi, yağışlı ərazilərdə palçıq şəklində yağıntıların düşməsi ilə əhaliyə xəbərdarlıq edilib.
 
Mütəxəssislər bu tozların silisiumla yanaşı, bəzi bakteriya və kif göbələklərinin ağciyərlərə daxil olmasını asanlaşdıran təsirə malik olduğunu bildirirlər. Ağciyərlərin dərinliklərinə çata bilən qum fırtınasına qarşı xüsusilə astma, bronxit kimi xəstəlikləri olanların daha ehtiyatlı olması, maskasız evdən çıxmamaları tövsiyə edilir.
 
Təbiət hadisəsinin bir gün davam edəcəyi bildirilir.
 
Qeyd edək ki, analoji hal keçən həftə İraqın bir çox bölgələrində müşahidə edilib. Bölgədə təsirli olan güclü qum fırtınaları səbəbindən İraqın Səlahəddin vilayətinin Tuzhurmatu rayonunda dörd nəfər ölüb. Kərkükdə isə 90 nəfər boğulma təhlükəsi ilə üzləşib.

2733 oxunub

InvestAZ