XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



Əlirza HƏSRƏT :- HƏLƏ AYRILIQ VAR HƏR AHIN ÜSTƏ
Ədəbiyyat 09:20 / 16.04.2022

Tarzən köks ötürür,tar nalə çəkir,
Simlər şahə qalxıb "Segah"ın üstə.
Adama bu qədər zülm eləməzlər,
Çarmıxa çəkərlər günahın üstə.
Yarı arx həsrətdir,yarı su həsrət,
Gözümdə bir qərib yuxusu həsrət.
Hələ çiçəklər var qoxusu həsrət,
Hələ ayrılıq var hər ahın üstə.
İlahi,nə qədər xarabalıq var,
Dar gəlir dünyaya xarabalıqlar.
Yanıqlı-yanıqlı hönkürürdü tar,
Sənə gətirdiyim pənahın üstə.

3284 oxunub

InvestAZ