Tüstüsü içində boğulan damam,
Dünən oğlum idim, sabah atamam.
Mən paxıl adamam, paxıl adamam-
Qoymaram kiməsə bu kədər qala.
Dünyanı böldük ki, belə kəm düşə?
Mənə də eşq boyda o aləm düşə.
Tanrının yanından bir qələm düşə,
Hamını pozasan… bir nəfər qala.
Könül bir saraydı- gəzir xan səni,
Əllərim istəyər yaxandan səni…
Axtara tapmaya bu oğlan səni-
Dərdinin əlində dərbədər qala…
Düşür GÜL- ÖMÜRDƏN hər gün bir ləçək…
Gətir əllərini- üşüyür əlcək.
… Bir gün uzaqlara köçüb gedəcək-
Çətin səndən sonra bu şəhər qala…
4581 oxunub