İlahi !
Boğazıma qədərdi işlərim,
kürəyim ilan qıvrılan tək qıvrılır !
Başımla getdiyim yolda
ayağım dincini alır !
Çiyinlərimdən basır aşağı
günün ağrısı tabut tək !
Əllərimi qanadan tikanı ,
ətriylə daşıyır çiçək !
yarpağları solmayan bu qış kimi
ömür-yay istisində !
Günüm nəfəs ala bilmir
zamanın tüstüsündən !
İlahi !
Boğazıma qədərdi işlərim,
boğazımdan keçmir tikəm !
Çölüm içimdə can verir,
çöldə içimin təkiyəm !
5715 oxunub