XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Əbülfət MƏDƏTOĞLU :-NAĞILVARİ BİR ŞEİR...
Ədəbiyyat 08:18 / 12.04.2022

Sən müqəddəs və Ali
Mənsə adidən adi...
Təmasımız xəyali -
Dinlə məni, di, hadi...
Yer göyün pərvanəsi,
Göy də yerin " Pərisi"...
Ulduzlar məclisində -
Verilibdi "hərisi"...
Ay Günəş arxasınca
Dəvət üçün gedibdi...
Nigahın qeydiyyatın -
Allah özü edibdi!..
Bu sevdanın şərbəti
İmsak vaxtı içilib...
Cütlüyün məhəbbəti-
Dan üzündən biçilib!..
...Anları lentə alan -
Sevgi yuvası - Ürək!
Bağışla, şirin yalan -
Nağıl etdim, ay mələk!..

5936 oxunub

InvestAZ