XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



Elmar Rüstəmovun yerinə gələn Taleh Kazımov kimdir? - DOSYE
Maraqli 17:10 / 11.04.2022

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə edilib.

Bəs, Taleh Kazımov kimdir?

Yenises.az xəbər verir ki, Taleh Kazımov hazırda "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri və baş icraçı direktorudur.

Təhsili

11 sentyabr 1983-cü ildə Bakıda anadan olan T.Kazımov Azərbaycan Texniki Universitetinin "Avtomatika və hesablama texnikası” fakültəsinin bakalavr pilləsini bitirib, daha sonra isə Azərbaycan Dövlət Neft Akademiyasında MBA dərəcəsi və Georgia State University-də kommersiya üzrə dərəcə alıb.  

O, 2013-cü ildə London Business School (Böyük Britaniya) və Harvard Business School (ABŞ) məzunu olub.

Karyerası

Peşəkar fəaliyyətə 2001-ci ildən başlayıb. 02.2004-cü ildən 09.2006-cı ilədək davam edən dövrdə "Bank Standard” QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Xəzinədarlıq departamentinin aparıcı mütəxəssisi, İdarəetmə uçotu və büdcə planlaşdırılması istiqamətinin rəhbəri, 2007-ci ilədək "FinEko” İAA-nın Baş direktoru vəzifəsini tutub. Elə həmin ildən "PAŞA Bank”-da Risklərin İdarəedilməsi Departamentinin meneceri vəzifəsində işləməyə başlayıb. Taleh Kazımov 1 iyul 2015-ci il tarixindən etibarən Bankın İdarə Heyətinin sədri vəzifəsinin icrasına başlayıb.


5601 oxunub

InvestAZ