Ukrayna və Rusiya Rusiya Federasiyası genişmiqyaslı müharibənin başlanmasından bu günə kimi üçüncü dəfə əsir mübadiləsini həyata keçirib.
Yenises.az bildirir ki, "Unikal" xarici mətbuata istinadən verdiyi xəbərə görə , bu barədə Ukrayna baş nazirinin müavini, reinteqrasiya naziri İrina Vereşçukun teleqramdakı paylaşımında deyib .
Bildirib ki, əsirlərin dəyişdirilməsi Prezident Volodimir Zelenskinin göstərişi ilə baş tutub.
"12 əsgərimiz evə qayıdır ki, onlardan biri qadın zabitdir. Biz də 9-u qadın olmaqla 14 mülki şəxsi azad etdik. Ümumilikdə 26 nəfərimiz azad edildi", - o yazıb.