XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Gecə klubunda xəsarət alanlardan daha bir nəfər VƏFAT ETDİ
Sağlamlıq 09:08 / 09.04.2022

Bakıda "Location” gecə klubunda yaralananlardan daha biri vəfat edib.

Yenises.az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova məlumat verib.

"Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan hazırda TƏBİB-in tabeli tibb müəssisələrində müalicə alan yoxdur.

Yaralılar yaxınlarının iltizamnaməsi əsasında bir neçə gün əvvəl Respublikada fəaliyyət göstərən özəl tibb müəssisələrinə köçürülüb.

Gülbala Abdullayev müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi”, - o qeyd edib.

2001-ci il təvəllüdlü G.Abdullayevin sözügedən klubda aşpaz olaraq işlədiyi bildirilir.

Xatırladaq ki, aprelin 3-də saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən "Location” klubunda baş verən partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Aprelin 6-da isə 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı vəfat edib


2474 oxunub

InvestAZ