XƏBƏR LENTİ
29 İyun 2022
28 İyun 2022



ŞUŞA yoxsa ŞAVŞETİ ?! - İlhami Cəfərsoy yazır
Maraqli 15:27 / 05.04.2022

Şuşa yalnız Azərbaycanda bir şəhərin adı deyildir. Qədim dünyanın elitar nəsillərindən birinin adıdır. O nəsildən ki, eranın əvvələrində İveriyada çar olmuşdur.İveriya hakimləri l və ll Ər Şuşanın övladları İudeya mənşəli baqrationlarla vuruşa-vuruşa 2 yerə bölündülər. Bir hissəsi İveriyanın qərbinə, oradan Türkiyəyə, indi Şavşad adlanan mahala köçdü. Gürcülər onların Lori dərəsində saldıqları şəhəri Şuşaeti adlandırırdılar. Sonra o toponimi Şavşeti formasında tanınmaz hala saldılar. Osmanlı səyyahı Övliya Çələbi (XVll əsr) şəhəri Şavşeti yox, Şuşa adlandırır. Səyyah 1646-cı ildə Lori dərəsindən keçərkən artıq şəhərin xarabalığı qalmışdı. Akademik Marr 1911-ci ildə nəşr etdirdiyi "Dnevnik noezdki v Klardjetiyu i Şavşetiyu" kitabında onlar haqqında maraqlı məlumat verir. Yazır ki, onlar gürcü dilini bilmirlər, ancaq nə zamansa Gürcüstandan köçüb gəldiklərini xatırlayırlar. Həmin şuşalılar əsərlərini gürcü əlifbası ilə yazır, türk dillərinin arxaik bir ləhcəsində danışırdılar. "Koroğlu" dastanının Şuşa variantından nümunə:

Çıxıb baqlarda qezarsen,

Dertli baqrimi ezarsen.

Beyaz kaqıza benzarsen,

Kalem tutmaz yazem seni.

Dastanın Azərbaycan variantı belə başlayır:

Salam verdim, salam almaz,

Görüm kəssin salam səni.

Axçasız, pulsuz aşığam,

Pulum yoxdu alam səni.

Türkiyədə gürcülərə inanaraq şuşalı soydaşlarımızı Şavçad adlandırırlar. Nə qədər gec olsa da, biz qardaş ölkədə yurd salan soydaşlarımızın mahalını Şuşeti və ya Şavşad yox, Şuşa adlandırılmasını gündəmə gətirməliyik.


5943 oxunub

InvestAZ