XƏBƏR LENTİ
22 May 2022
21 May 2022
21:38
20 May 2022



Adil Misirli :Qonaqpərvərlik
İDMAN 12:31 / 05.04.2022

    Futbolumuzun FİFA-nın reytinqində 129-cu yeri tutması nədənsə çoxlarını təccübləndirir.  Amma unutmayaq ki, acı olsa da, bu həqiqətdir.Millimizə çox məşqçilər gəldi, getdi. Ancaq təbii ki, nəticə dəyişmədi. Çünki əcnəbi məşqçini yığma komandamızın oyunu və reytinqdə tutduğu yer, futbolumuzun bugünki vəziyyəti və gələcəyi maraqlandırmır.  Bizim millətdən olmayan məşqçinin nə vecinə, yığma hansı "oyunu” nümayiş etdirir. Ona və özü ilə gətirdiyi əlaltılarına müqavilədə onlara çatacaq milyonlarla dollar maraqlandırır. Onlar bura ancaq pul ( havayı) qazanmaq üçün can atırlar. Çünki bizim futbol üzrə yığma komandamızın məşqçisi olmaq, asan yolla böyük pul qazanmağın ən əlverişli vasitəsidir. Axı xarici məşqçidən bizdə heç kim müsbət bir nəticə tələb etmir. Əgər belə olmasaydı, biz gündən-günə  FİFA-nın reytinqində sürətlə aşağı yuvarlanmazdıq. İndi kimdən reytinqdə irəlidə və geridə olmağımızın fərqi nədir? Bunu biz futbol azərkeşləri fikirləşsək də axı vəziyyət dəyişmir. Mən demirəm ki, hazırki mövcud vəziyyətlə barışmalıyıq. Əsla yox! Sadəcə futbolumuzda hökm sürən mövcud vəziyyət barəsində dərindən fikirləşib, bu sahədə vacib addımlar atmalıyıq. Qazı, nefti olmayan, 3 milyon əhalisi olan Xorvatiya sonuncu dünya çempionatında 2-ci yeri tutdu. Bax bununla maraqlanmalı, öyrənməli, qabaqcıl, güclü dünya komandalarının təcrübəsindən bəhrələnməliyik. İllər bir göz qırpımında ötür, bizim futbol üzrə yığmamızda izə vəziyyət dəyişmək bilmir. Geriyə doğru sürətlə yuvarlanırıq.
...Xaricdən alınan futbolçular heç də bizimkilərdən güclü deyil. Oynadıqları komanda da özlərini göstərə bilmirlər. Çünki bizim zəif çempionatımız kimi, onlar da zəifdirlər. Oyunları da peşəkar yox, həvəskar futbolçu oyunu təsiri bağışlayır. Uşaq futbolu bizdə bərbad vəziyyətdədir. Buna görə də yaxşı, güclü futbolçuların yetişməsi problem olub. Yerlərdə olimpiya idman komplekslərinin tikilməsi inkişafa aparmır. Çünki burada yüksək ixtisaslı, peşəkar məşqçilər yoxdur.  Çempionatımızda ( 10 milyon əhalisi olan ölkədə) cəmi 8 komanda iştirak edir. Halbuki çempionatda 12 komanda iştirak etsə, daha məqsədə uyğun olardı. Komandalar arasında mübarizə, rəqabət güclənərdi.  Yerlərdə məcbur olub öz gənc futbolçularını yetişdirməli olardılar. 8 komandanın 6-sının Bakıda yer alması ölkə çempionatını yox, Bakı birinciliyini xatirladır. 
  Futbolumuzda sistemdən xəbərsizdirlər. Futbolumuza rəhbərlik edənlər peşəkar (professional)... O nə oyun idi, futbolumuzun başına açdılar. Qurban Qurbanovu yığmaya baş məşqçi təyin etdilər. Qurban Qurbanov yaxşı mütəxəssisdir, ancaq o, Valeri Lobanovski deyil ki, eyni zamanda iki komandaya başçılıq etsin. Futbolumuzun rəhbərləri bilməliydilər ki, Q.Qurbanov yığmaya məşqçi təyin edildisə, " Qarabağ”dan uzaqlaşmalı, bütün fikir və diqqətini yığmaya yönəltməlidir.
  129-cu yerin nəyi pisdir ki?! İnşallah, tez bir zamanda birinci olaraq, axırdan birinci. Bu təsəllimiz olar, birinci adı ilə fəxr edərik...
  Sinəmizə döyə-döyə özümüzü qonaqpərvər adlandırırıq. Burda nə var ki ! Futbolçular da adamdırlar, Yəni, bu torpağın övladlarıdırlar. Yəni yığmamız kimi, onlar da millidirlər də. Odur ki, ürəyimiz kimi, futbol qapılarımız da qonaqların (rəqiblərin) üzünə açıqdır. Qoy qapımıza qoldan vursunlar. Baxaq, qürur hissi keçirək. Axı biz qonaqpərvərik...

           

15254 oxunub

InvestAZ