Ermənistan bir daha Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu təsdiqləyib.
Yenises.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Mayo ilə birgə keçirdiyi brifinqdə deyib.
"Bu gün biz regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələləri müzakirə etdik”, - Mirzoyan bildirib.