XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



"Ərdoğan kimi müstəqil siyasətçi azdır" - Peskov
SİYASƏT 18:33 / 03.04.2022

Müasir dünyada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qədər öz qərarlarını verməkdə müstəqil olan siyasətçilər azdır.

Yenisəs.az  "Unikal"-a  istinadla   xəbər verir ki, bunu "Rossiya-1” telekanalının efirində "Moskva, Kreml, Putin"proqramına müsahibəsində Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Sözsüz ki, hamı amerikalıların dəhşətli təzyiqi altındadır və heç də bütün ölkələr öz suveren mövqelərini aydın şəkildə müəyyən etməyə özündə güc tapmır. Bu baxımdan, əlbəttə ki, müasir siyasi Olimpdə Ərdoğan kimisi çox azdır ", - deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov əlavə edib ki, amerikalılar bir çox ölkələri ikinci dərəcəli sanksiyalarla hədələyir: "Lakin bu məsələdə heç də bütün ölkələr Türkiyə kimi deyil. Bizim Türkiyə ilə fikir ayrılıqlarımız var. Amma buna baxmayaraq, Türkiyə yenə də öz maraqlarından çıxış edir, "hə" olan yerdə açıq şəkildə "hə" deyir, "yox" olan yerdə açıq şəkildə "yox" deyir".


5125 oxunub

InvestAZ