XƏBƏR LENTİ
29 İyun 2022
28 İyun 2022



Nəfsdən qorunmağın fəlsəfəsi sufizimdə daha dərindir - Aqşin Yenisey yazır
Maraqli 12:12 / 02.04.2022

Nəfsdən qorunmağın fəlsəfəsi sufizimdə daha dərindir. Oruc tutmaq bütpərəstlikdə, atəşpərəstlikdə də vardı. Günümüzdə müəyyən edilmiş günlərdə pəhriz saxlayan xristianlar, yəhudilər, yaxud bir ay oruc tutan müsəlmanlar orucluğu daha çox mədə-bağırsağın təmizlənməsi kimi başa düşür və qeyd edir.

İftardan sonra gecə səhərə qədər yeyib kökələnlər belə olur bu ayda.

Halbuki sufizim orucu ruhani, mənəvi, hətta psixi təmizlənmə kimi görür. Sufizmə (eləcə də zərdüştlüyə və s.) görə orucdan çıxan insan şər elementlərdən arınmış insan olmalıdır. Günümüzün insanı isə bu bir ayı iftar ziyafətləri ilə yola verib həyatına qaldığı yerdən davam edir. Orucluq onda heç bir ruhani, mənəvi, psixi arınmaya, təmizlənməyə səbəb olmur. Çünki orucu insanlıq naminə deyil, allah xatirinə tutur. Ən yanlış düşüncə orucu ilahi imtahan hesab etməkdir. Bu imtahanın insanlığa heç bir faydasının olmadığını cəmi bir aydan sonra hamımız yenidən görəcəyik. Keçən il olduğu kimi.


3917 oxunub

InvestAZ