XƏBƏR LENTİ
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Putin Ərdoğana təşəkkür etdi
SİYASƏT 20:57 / 01.04.2022

Aprelin 1-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Yenisəs.az  xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, danışıq əsnasında Rusiya və Ukraynanın nümayəndə heyətlərinin İstanbul görüşlərinin nəticələri müzakirə edilib.

Ərdoğan Rusiya və Ukraynanın nümayəndə heyətlərinin İstanbulda müsbət və konstruktiv görüşünün sülhə olan ümidləri artırdığını, dialoqun davam etdirilməsinin vacib olduğunu deyib.

Vladimir Putin öz növbəsində Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşünə ev sahibliyi etdiyi üçün Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.

17:31

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vldimir Putin arasında telefon danışığı başlayıb.

Yenisəs.az Teleqraf.com -a  istinadla  xəbər verir ki, məlumatı "Ahaber” yayıb.

***

14:34

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Valdimir Putin arasında telefon danışığı olacaq.

Yenisəs.az Teleqraf.com-a  istinadla   xəbər verir ki, məlumatı TASS yayıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov liderlər arasında telefon danışığı olacağını təsdiqləyib.

"Bu gün Putinin bir neçə beynəlxalq telefon danışığı olacaq. Ankaradakı həmkarlarımız artıq Ərdoğanla danışığın olacağını elan ediblər. Biz bunu təsdiqləyirik”, - o vurğulayıb.


4887 oxunub

InvestAZ