XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Ərdoğan Nobel ala bilər - Ukraynadakı səylərinə görə
SİYASƏT 10:00 / 01.04.2022

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna böhranının həlli istiqamətində göstərdiyi səylərə görə Nobel Sülh Mükafatı ala bilər.

Yenisəs.az Teleqraf.com-a  istinadla  xəbər verir ki bu barədə jurnalist Saskiya van Vestrinen Hollandiyanın "Algemeen Dagblad" qəzetində dərc olunan məqaləsində bildirib.

Jurnalist Ərdoğanın İstanbulda danışıqlardan əvvəl Ukrayna və Rusiya nümayəndə heyətləri ilə görüşdə söylədiyi fikirlərə də yer verib və prezidentin "Bütün dünya xoş xəbər gözləyir. Biz sizə kömək etməyə hazırıq" sözlərini sitat gətirib.

"Əgər hər şey yaxşı bitərsə, Ərdoğan indiki mövqeyi ilə demək olar ki, Nobel Sülh Mükafatını ala bilər”, - deyə van Vestrinen bildirib.

Həm Rusiya, həm də Ukrayna ilə dostluq münasibətləri sayəsində Türkiyə özünəməxsus mövqedədir və müharibəni bitirmək istəyinə görə geniş şəkildə təqdir olunur. Türkiyə prezidenti bu yaxınlarda İstanbulda keçirilən görüşdən əvvəl Ukrayna və Rusiya nümayəndə heyətləri ilə görüşüb və bunu hər iki tərəf "konstruktiv” adlandırıb.



2921 oxunub

InvestAZ