XƏBƏR LENTİ
29 İyun 2022
28 İyun 2022



Kəramət : - ŞUŞADA AŞIQLAR BİRLİYİNİN VƏ YAZIÇILAR BİRLİYİNİN QURULTAYI
Maraqli 17:18 / 30.03.2022

Danışanda işarəli-ibarəli, "nöqtə atışlı" kəlmələrlə danışan bir maraqlı adam var. Şəxs əvəzliklərini də cümlənin axırına salır həmişə, yəni danışıq tərzidi. Məsələn belə deyir; Gedirik...biz-(Biz gedirik-yerinə) və ya Hava gözəldi yerinə Gözəldi..hava və s. Sözünün axırını gətirməyincə anlamazsan söhbət nədən gedir. İlk söhbətdə onu tanımayan biri, elə düşünər ki, qarşısındakıyla məzələnir. Amma belə deyil. Mənim xoşum gəlir onun mənimlə "məzələnməsindən".
--Gedəcəksən Şuşaya sən də?-soruşur üzünü mənə tutub. Məclisdə 4 nəfərik. Rusiya- Ukraina davasından danışdığımız yerdə bu nə sualdı.
--Hə..gedə bilsəm, dostlarla gedəcəm
--tutmuşdular e..manıs Manafı, birdən tutarlar sizi də..(öz sözü özünə ləzzət eləyir, pıqqır-pıqqır gülür)
--Sözünün Qəmbərqulusunu de..bağrımı çatlatma.
--Yazıçılar alıbdı Şuşanı?
--Yox. (yavaş-yavaş nə demək istədiyinin damarını tuturam)
--Deyirlər orda keçirəcək qurultayını Aşıqlar Birliyi
--Aşıqlar Birliyini eşitməmişəm, onların da ana südü qədər haqqıdı, Yazıçılar Birliyini eşitmişəm. Nə var ki burda, sən də hər sözdən söz çıxarırsan.
--Artacaqmı orda qurultay keçirəndə, istedadınız, hıyy?
--Bunun istedada nə dəxli var, sadəcə vətənpərvərliyimizi göstəririk. Bu qədər.
--Deyirəm..keçirərsiz Dərbənddə bir qurultayınızı, Təbrizdə o birini inşəallah
...ağzının boşluğundakı bircə dişiylə gülür, gülləsi hədəfə dəyib axı. Məni də çilədən çıxarıb. Ramiz Rövşən demiş..kefimə soğan doğrayıb bozbaş bişirib

3073 oxunub

InvestAZ