XƏBƏR LENTİ
29 İyun 2022
28 İyun 2022



Meyxoş Abdullah yazır: - Qaçay Köçərli
Maraqli 10:14 / 29.03.2022

Qaçay müəllimlə məni, dostum Əlirza Xələfli tanış etmişdi. Əlirza müəllimin otağında oturmuşduq. Ona zəng gəldi. Radioda çıxış etmək üçün onu efiirə dəvət edirdilər. Əlirza müəllim bildirdi ki, vacib bir tədbir var, ora gedəcəkdir.
Telefonu söndürəndən sonra o üzümə baxıb dedi:
- Meyxoş, bəlkə o verlişə sən gedəsən? Qaçay müəllimdir zəng edən, yaradıcı bir adam axtarır çıxış etmək üçün.
Etiraz etmədim.
Əlirza müəllim telefonunu götürüb Qaçay müəllimə zəng etdi və bildirdi ki, bir dostum var, yaxşı yazıçıdır. Bəlkə, onu göndərim gəlsin.
Qaçay müəllim: - Məsləhət bilirsənsə, göndər gəlsin! – dedi.
Qaçay müəllim məni studiyanın qapısında qarşıladı. O vaxta qədər onun səsini çox eşitmişdim, amma üzünü görməmişdim. Ecazkar səsi vardı. Məni otağına apardı. Verlişin başlanmasına 5 dəqiqə qalırdı. Həyəcanlı idim. Bircə bunu dedi: - Narahat olma, mən səni danışdıracağam.
Verliş başladı. Sualları elə qoymuşdu ki, adam sanki yaxın dostu ilə söhbət edirdi. Sifətinin mimikası özü adamı danlşdırırdı. Yarım saatlıq verliş idi. Elə danışdım ki, özüm-özümə təəccüb etdim.
Verliş qurtarandan sonra barmağını dilinə vurub: - Bir az dilini yetişdir, kallıq vardır dilində – dedi.
Onun nə dediyini o dəqiqə anladım.
Ondan sonra Qaçay müəllimlə tez-tez əlaqə saxlayırdıq. Demək olar ki, həftədə bir dəfə onunla telefonla danışardıq. Bakıya yolum düşəndə isə oturub söhbət edərdik. Məşəqqətli bir həyat yaşamışdı. Əsgərlik illərində həbsxanada yatmışdı. Ümumiyyətlə bu insanın sakit həyatı olmamışdı.
İşdən çıxandan sonra doğulduğu Tərtər rayonuna getdi. Orada kənddə yaşayırdı. Ona hər ay məktub yazırdım. Çoxlu məktublarımız var. Nikbin adam idi. O qədər dərdin içində zarafatından da qalmazdı. Arada məzəli söhbətlər danışardı. Qeydimə qalırdı. Bir sözünü heç vaxt unuda bilmirəm. Deyirdi ki; - sənət aləmində böyük qısqanclıqlar var. Nə qədər kiçiksən, səni tərifləyəcəklər. Böyüdünsə səni vuracaqlar. Çalış heç nəyə fikir vermə, başını aşağı sal yazını yaz. Uduzanlar o kəslər olur ki, başları qeybətə qarışır. Onda ayılıb görürlər ki, lələ köçüb yurdu qalıb.
Bir gün eşitdim ki, Qaçay müəllim dünyasını dəyişib. Daha doğrusu, kimsə yaxınlarından məktubuma cavab olaraq yazmışdı onun vəvat etmə xəbərini. Çox pis oldum. Çox əzablı həyat yaşadı. Onun o gözəl və ecazkar səsi hələ də qulaqlarımdan getməyibdir.
Allah rəhmət eləsin, ruhu şad olsun...
Bir 1 nəfər şəkili ola bilər

3208 oxunub

InvestAZ