Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə telefon danışıqlarının müsbət istiqamətdə inkişaf etdiyini bildirib.
Yenisəs.az "Unikal"-a istinadla xəbər verir ki, bu barədə Türkiyə prezidenti ölkənin Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.
Türkiyə dövlət başçısı onu da bildirib ki, sabah İstanbulda keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna danışıqlarından əvvəl Türkiyə tərəfi nümayəndə heyətlərinin üzvləri ilə qısa görüş keçirəcək.