XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Milli Məclisin sədri Qazaxıstana getdi
SİYASƏT 18:22 / 28.03.2022

Martın 28-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Qazaxıstan Respublikasının Almatı şəhərinə işgüzar səfərə gedib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Almatı Beynəlxalq Aeroportunda nümayəndə heyətini MDB PA-nın Baş katibi Dmitri Kobitski, Qazaxıstan parlamentinin deputatları, ölkəmizin Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclis sədrinin MDB PA-nın Şura iclasında çıxışı və tədbirlərdə iştirak edəcək nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.

İşgüzar səfər martın 29-da başa çatacaq.(axar.az)


2609 oxunub

InvestAZ