XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



Mənsimov gəmilərin adını dəyişdirir
HÜQUQ 14:22 / 28.03.2022

Mübariz Mənsimov başda olmaqla "Palmali Holdinq”in İdarə Heyətinin qəbul etdiyi qərara əsasən, şirkətə məxsus gəmilərin adları dəyişdiriləcək.

Yenisəs.az bildirir ki,  məlumatı   M.Mənsimovun köməkçisi Fidan Quliyeva  yayıb.

"Bu gündən etibarən gəmilər Vətən uğrunda savaşlarda canlarından keçən, qəhrəmancasına həlak olmuş şəhidlərimizin adlarını daşıyacaq. Məqsəd şəhidlərimizin adlarını ucaltmaq və dünya sularında tanıtmaqdır. İdarə Heyətinin qərarı ilə ilk gəmi 30 mart tarixində yola salınacaq. 140 metrə uzunluğunda olan nəhəng gəmi General Polad Həşimovun adını daşıyacaq. Təntənəli mərasim Yalovada Doğruyol tərsanəsində baş tutacaq. Gəminin yola salınma mərasimində Azərbaycan və Türkiyədən qonaqlar iştirak edəcəklər.

Gəminin texniki göstəriciləri isə bunlardır: 140 metr uzunluğunda, 17 metr enində və 7 min 500 DWT daşıma qabiliyyətindədir”, - o qeyd edib.


2773 oxunub

InvestAZ