Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna həmkarları ilə telefonla danışacaq.

"Anadolu"ya istinad edən Yenisəs.az xəbər verir ki, bu barədə Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

"İndi bu gün Zelenski ilə telefon danışığım olacaq. Yəqin ki, həftə sonu və ya gələn həftənin əvvəlində Putinlə yenidən danışa bilərəm”,- deyə o bildirib.

O əlavə edib ki, Rusiya Prezidentinə müharibənin dayandırılması üçün çağırış edəcək.